Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb.
APA-nın məlumatına görə, Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən kafeyə yollanıb. Restoranda 8 nəfər müştərinin olduğu müəyyən edilib. Müştərilərdən biri isə iaşə obyektindən qaçmağa çalışsa da saxlanılıb.
Restoran rəhbəri barəsində toplanılan materiallar məhkəməyə göndərilib.
Müştərilər isə inzibati qaydada cərimələnib.