Bakıda karantin qaydalarını pozan taksi sürücüsü həbs edildi
07 iyul 2020 19:45 (UTC +04:00)

Bakıda karantin qaydalarını pozan taksi sürücüsü həbs edildi

0


Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. 

Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  APA-ya bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3812

Oxşar yazılar