APA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən oğurluq olub.
Lent.az-ın məlumatına görə, hadisə iyulun 27-də Bakı şəhəri, Binəqədi qəsəbəsində baş verib.
Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.
Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.