Bakıda iki qardaşın "polisə hücum"una Rəsmi Cavab - VİDEO
08 iyul 2020 17:02 (UTC +04:00)

Bakıda iki qardaşın "polisə hücum"una Rəsmi Cavab - VİDEO

"Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb". 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər xüsusi karantin rejim qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar:

"Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.

Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar. Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16036
avatar

Mehman Nəbiyev

Oxşar yazılar