Bakıda həkimə qarşı soyğunçuluq
04 noyabr 2020 12:53 (UTC +04:00)

Bakıda həkimə qarşı soyğunçuluq

Noyabrın 3-də Nəsimi rayonu, Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Mehman Nəbiyev

Oxşar yazılar