Bakıda evdə kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 60 yaşlı Nuriyev Yusif Hacı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.