Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.