Bakıda avtobus qadını vuraraq öldürdü
02 may 2020 13:49 (UTC +04:00)

Bakıda avtobus qadını vuraraq öldürdü


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Oxşar yazılar