Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 m² olan anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.