Bakıda ağır yol qəzası: 2 nəfər öldü, 4 nəfər yaralandı - FOTO - VİDEO
17 iyul 2020 02:19 (UTC +04:00)

Bakıda ağır yol qəzası: 2 nəfər öldü, 4 nəfər yaralandı - FOTO - VİDEO

Bakının Qaradağ rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindən Qobu qəsəbəsini birləşdirən yolda olub.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub.  Nəticədə “VAZ-2107”nin sürücusü və VAZ 21099-da olan qadın sərnişin hadisə yerində dünyasını dəyişib. 

2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8560
avatar

Oxşar yazılar