Azərbaycanın hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.
APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Şahvələdov Hikmət Ruza oğlu Bakıda adam öldürərək istintaqdan yayınıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir. H. Şahvələdov barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.