Bakıda adam oğrusu tutuldu
30 yanvar 2020 10:28 (UTC +04:00)

Bakıda adam oğrusu tutuldu

0

Ötən gecə saat 02:30-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində naməlum şəxs Bakı sakinləri, 25 yaşlı Ə.Həsənov və dostu H. Bağırovu sözlə hədələyərək maşınına mindirib, sonradan istintaqla müəyyən olunacaq ünvana aparıb. 

APA-nın məlumatına görə, H. Bağırov oradan qaçmağı bacarıb. Naməlum şəxs isə Ə. Həsənova yumruqla xəsarətlər yetirərək 646 manatını quldurluq yolu ilə alıb.

Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə daxil olan məlumat əsasında Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin  əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Bakı sakini, 31 yaşlı Maqsud İsmayıllı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1494

Oxşar yazılar