Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında Bakıda görüşün fevralın 6-7-də keçirilməsi gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə diplomatik mənbələrdən məlumat verilib.
Görüşün gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, Bakıda bundan öncə Rusiya-NATO formatında görüş keçən il noyabrın 26-da keçirilib. Həmin görüşdə Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri marşal Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini müzakirə ediblər.