Bakıda külli miqdarda dələduzluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, silah gəzdirdiyinə görə tutulmuş E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Nəticədə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldadıb 119.500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13.500 manat pullarını alması da müəyyən edilib.