Bakıda “Mazda” taksiyə çırpıldı: 2 sərnişin xəsarət alıb - FOTO - VİDEO
19 avqust 2020 22:20 (UTC +04:00)

Bakıda “Mazda” taksiyə çırpıldı: 2 sərnişin xəsarət alıb - FOTO - VİDEO


Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb. 

Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2083
avatar

Oxşar yazılar