Bakı şəhər Baş Polis İdarəsi komendant saatı ilə əlaqədar paytaxt sakinlərinə müraciət ünvanlayıb.
Lent.az xəbər verir ki, müraciətdə deyilir:
“Komendant saatı ilə əlaqədar 21:00-dan yaşayış yerlərini tərk etməmək tələb olunur. Qoyulan tələblərə riayət etməyənlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Müqəddəs borcumuzun yerinə yetirilməsində həmrəylik nümayiş etdirib dövlət orqanlarına dəstək olun”.