Bakı çimərliklərində batan 8 nəfər xilas edildi
09 avqust 2020 23:29 (UTC +04:00)

Bakı çimərliklərində batan 8 nəfər xilas edildi


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində 8 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən APA-ya verilən məlumata görə, onların hər biri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib. 

# 1744
avatar

Oxşar yazılar