Bakı-Şamaxı yolunda qəzada ölənlərdən 4-ü hərbçi, 1-i mülki şəxs olub - FOTO - YENİLƏNİB
26 may 2020 11:20 (UTC +04:00)

Bakı-Şamaxı yolunda qəzada ölənlərdən 4-ü hərbçi, 1-i mülki şəxs olub - FOTO - YENİLƏNİB

Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

TƏBİB-dən isə APA-ya bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

***

09:38

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24457
avatar

Oxşar yazılar