BDU-nun dosenti koronavirusdan vəfat etdi
28 iyun 2020 23:46 (UTC +04:00)

BDU-nun dosenti koronavirusdan vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Nəbiyev Naqif Səftər oğlu vəfat edib. 

APA-nın məlumatına görə, bu barədə BDU-nun facebook hesabında bildirilib.

Sosial şəbəkələrdə N.Nəbiyevin koronavirusdan dünyasını dəyişdiyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, 60 yaşında dünyasını dəyişən N.Nəbiyev 1977-1982-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.

2015-ci ildən Fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

Allah rəhmət eləsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4693
avatar

Oxşar yazılar