Azərbaycanın bu şəhərində karantini pozan 5029 nəfərə cərimə yazıldı - FOTO
28 iyul 2020 13:19 (UTC +04:00)

Azərbaycanın bu şəhərində karantini pozan 5029 nəfərə cərimə yazıldı - FOTO

Gəncədə karantin rejimini pozanlara qarşı reyd keçirilib.

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı ümumilikdə 5029 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 5014-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 12 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 30 nəfəri iaşə obyektlərinin sahibləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar