Azərbaycanın bu bölgəsində zəlzələ oldu - YENİLƏNİB
04 may 2020 01:20 (UTC +04:00)

Azərbaycanın bu bölgəsində zəlzələ oldu - YENİLƏNİB

 

Mayın 4-də, yerli vaxtla saat  00:03-də Gəncə stansiyasından 45 km şimalda - Samux ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələnin episentrində yeraltı təkan 3 bala qədər hiss olunub.

***

00:43

Bu gecə Gəncə şəhəri və ətraf bölgələrdə zəlzələ olub.

APA-nın yerli bürosunun məlumatına görə, yeraltı təkanlar mayın 3-dən 4-nə keçən gecə, saat 00:05-də qeydə alınıb.

Zəlzələ, həmçinin, Goranboy rayonunun mərkəzində, o cümlədən kəndlərində də hiss olunub.

Yeraltı təkanlar bir neçə saniyə ərzində davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7599
avatar

Oxşar yazılar