İstifadəyə yararlı olan dəri yükünün, istifadəyə yararsız dəri tullantıları kimi rəsmiləşdirilərək ixrac olunması və beləliklə də, gömrük ödənişlərini ödəməkdən yayınılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, "Mazımçay" gömrük postunda ölkəmizdən ixrac olunan "Lövhələr şəklində, rulonlarda olmayan dəri məmulatlarının istehsalı üçün yararsız təbii və ya kompozisiyalı dərinin kəsikləri və digər tullantıları" adlı yükü aparan "Mercedez-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Gömrük yoxlanılması zamanı müşayiət sənədlərinin arasında faktiki ixrac olunan yükə aid olmayan sənədlər aşkar edilib. Həmçinin, sənədlər arasında Mərkəzi Gömrük Ekspertizasının müvafiq rəyinin olmadığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.