Ağsu rayonu ərazisində 3.1 bal gücündə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan APA-ya verilən məlumata görə, təbiət hadisəsi avqustun 9-da yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə qeydə alınıb.
Yeraltı təkanların ocağı 13 km dərinlikdə olub.