Azərbaycanda yaşlı qadın qazdan boğuldu
27 noyabr 2020 10:54 (UTC +04:00)

Azərbaycanda yaşlı qadın qazdan boğuldu

0

Balakəndə 82 yaşlı qadın qazdan boğulub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini, 82 yaşlı Hürü Mohuma qızı Nastakalkova yaşadığı ünvanda qaz sızmasından boğularaq ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1793

Oxşar yazılar