Göyçayda yaşayış binasında uçqun olub.
APA-nın məlumatına görə, hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 69 yaşlı Eyvaz Şamilov və onun həyat yoldaşı, 57 yaşlı Fəridə Şamilova zirzəmiyə düşüblər.
Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.