Azərbaycanda tibb mərkəzində yanğın təhlükəsi yaşandı
11 iyul 2020 02:40 (UTC +04:00)

Azərbaycanda tibb mərkəzində yanğın təhlükəsi yaşandı


Axşam saatlarında Mingəçevirdə “Ramiz” özəl Tibb Mərkəzində yanğın baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, yanğına səbəb tibb müəssisəsinə məxsus binanın elektrik təsərrüfatında paylayıcı şəbəkədə qısaqapanma olub. 

Hadidə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Görülən tədbirlər nəticəsində baş verə biləcək yanğının qarşısı alınıb. 

Hadisə nəticəsində zərərçəkən olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2644
avatar

Oxşar yazılar