Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından alan kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.