Masallıda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 600 manat pul oğurlanıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Musaküçə kənd sakini T.Hüseynova saxlanılıb.