Azərbaycanda oğul bıçağı anasının ürəyinə sancdı
21 iyun 2020 06:00 (UTC +04:00)

Azərbaycanda oğul bıçağı anasının ürəyinə sancdı

0

Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib. 

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib. 

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil. 

Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11652

Oxşar yazılar