Cəlilabadda minik avtomobili 9 yaşlı oğlanı vurub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Məhəmməd Hadi küçəsində hərəkət edən "VAZ" markalı minik avtomobili Əbülfəz Faiq oğlu Əsədovu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı bud və çanaq sümüyünün sınığı diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.