Gəncədə məhbus özünə xəsarət yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.
Orada saxlanılan, 32 yaşlı Vüsal Rəsulov kəsici alətlə hər iki qoluna çoxsaylı xəsarət yetirib. Təcili xəstəxanaya yerləşdirilən məhbusa ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.