Azərbaycanda karantini pozan şirkət rəhbəri saxlanıldı, sərnişin daşıyırdı - FOTO
14 iyul 2020 16:05 (UTC +04:00)

Azərbaycanda karantini pozan şirkət rəhbəri saxlanıldı, sərnişin daşıyırdı - FOTO

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumaat görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub.

Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib. Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar.

Polis əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı isə karantin qaydalarını pozaraq Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov saxlanılıb. Bu şəxs rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirib və polis əməkdaşlarını aldatmağa cəhd göstərib. Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa insanların olduğu məlum olub.

Hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Karantin qaydalarını pozan Pərvin Tatarov, Elkin Xasməmmədov və İmran Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19