Azərbaycanda iki vəzifəli şəxs narkotikə görə tutulub
04 avqust 2020 11:05 (UTC +04:00)

Azərbaycanda iki vəzifəli şəxs narkotikə görə tutulub

Bu ilin 6 ayında narkotiklərlə bağlı 1933 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata gorə, məsuliyyətə cəlb olunanlardan 16-18  yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edib.

Məsuliyyətə cəlb olunanlardan 85-i  fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı  kişi, 43-ü qadın, 49-u isə  xarici ölkə vətəndaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3994
avatar

Oxşar yazılar