Azərbaycanda güclü sel körpünü dağıtdı - FOTO
11 may 2020 11:17 (UTC +04:00)

Azərbaycanda güclü sel körpünü dağıtdı - FOTO


Ağstafada güclü yağış bəzi fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Göycəli kəndində Həsən su  çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçü Əsgər və Eynallı, Yuxarı Göycəli ,Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər.

Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

Bundan başqa, Yuxarı Göycəli kəndində də 2 körpünü sel aparıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3846
avatar

Oxşar yazılar