Azərbaycanda daha bir körpə öldü
31 yanvar 2020 10:12 (UTC +04:00)

Azərbaycanda daha bir körpə öldü

0

Azərbaycanda 6 aylıq körpə ölüb.

APA-nın əldə etdiyi məlumata görə, ötən il iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbzlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu şöbəsinə müraciət edib. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

6 aylıq körpə Bakıya gətirilərkən yolda ölüb.

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2233

Oxşar yazılar