Gəncədə quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə 270 min rubl (64 min manat) pul aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Mövsümov saxlanılıb.