Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Tərtər rayon sakini, 8 yaşlı Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.
Azyaşlı dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb.