Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib.
Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub.
O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib.