Gömrük orqanları gün ərzində ölkəyə qanunsuz siqaret gətirmək üzrə 4 fakt aşkar ediblər.
Lent.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi müxtəlif markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Baxış zamanı 3 avtomobilin gizli saxlanc yerlərindən 7000 ədəd "King" markalı, daha bir avtomobilin oturacaqlarının altından isə 4400 ədəd “De Santis” markalı siqaret aşkarlanıb.