Üç fakt üzrə müxtəlif adda dərman preparatlarının və tibbi avadanlıqların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumaat görə, "Qırmızı Körpü" gömrük postunda 3 ədəd " Mercedez Benz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində, gömrük nəzarətindən gizlədilən 1783 həb, 612 kapsul, 9 şüşə qablaşdırma və 6 ampul müxtəlif adda dərman preparatları, həmçinin 900 ədəd tibbi maska, 6 ədəd şpris və 2 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.