Avtomobilin vurduğu qadın öldü
10 may 2020 16:27 (UTC +04:00)

Avtomobilin vurduğu qadın öldü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəmistan Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə  hərəkətdə olan zaman yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Səfərova Ailmə Bəhrəm qızını vurub. Qadın sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775
avatar

Oxşar yazılar