Avtobus sürücüləri arasında koronavirusa yoluxan var? - Sədrdən CAVAB
04 may 2020 17:22 (UTC +04:00)

Avtobus sürücüləri arasında koronavirusa yoluxan var? - Sədrdən CAVAB

"Pandemiyadan əvvəl avtobusların yenilənməsi nəzərdə tutulmuşdu. 30 və 11 nömrəli marşrut üzrə müsabiqə keçirildi, onların idarəçiliyi pandemiyadan sonra "BakuBus"a keçəcək". 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, 12 metrlik avtobuslarda beynəlxalq təcrübəyə görə 25-26 sərnişin, ayaq üstə olanla bir yerdə 80-90 daşıma ola bilər: "Bakubus"da 800-dən çox sürücü yoxlanılıb. Nəticələr neqativ çıxıb, sürücülər arasında virusa yoluxma faktı olmayıb. Qarajları ciddi şəkildə dezinfeksiya edirik". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar