Kürdəmirdə ata oğulu güllələyərək öldürüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xırdapay kəndində baş verib.
Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.