Gəncədə Xalça Kombinatının yataqxanasında həyat yoldaşını bıçaqlayan şəxs tutulub.
APA-nın yeri bürosunun məlumatına görə, hadisəni törətməkdə təqsirli bilinən şəhər sakini, 64 yaşlı Həsənov İlham Müzəffər oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məlum hadisə avqustun 3-də Gəncə şəhərində yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb. 56 yaşlı İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.