Arıqlamaq və idmanla məşğul olmaq şəkər xəstəliyinin qarşısını alır?
17 noyabr 2020 19:54 (UTC +04:00)

Arıqlamaq və idmanla məşğul olmaq şəkər xəstəliyinin qarşısını alır?

Arıqlamaq və idmanla məşğul olmaq şəkərli diabet riskini azaldır.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, bir neçə kiloqram çəki itkisinin və 2 il idmanla məşğul olmağın 2-ci tip diabet (insulindən asılı olmayan) riskini yarıbayarı azaltdığı məlum olub.

“Diabetes Times” saytının məlumatına görə, Norfolk Diabetin Qarşısının Alınması Araşdırması tərəfindən aparılan tədqiqatın nəticələri "JAMA Interior Medicine" jurnalında yayımlanıb. Diabetə səbəb ola biləcək aşağı qlükoza rezistentliyi olan mindən çox insanı araşdırma çərçivəsində 8 il izlənib. Mütəxəssislər, bu müddət ərzində 2 və ya 3 kiloqram arıqlayıb, 2 il fiziki aktivliyini artıraraq həyatlarında ağlabatan dəyişiklik edənlərdə 2-ci tip diabet riskinin 40-47 faiz arasında azaldığını müşahidə ediblər.

Alimlər bu tədqiqatın 2-ci tip diabetin qarşısının alınmasında əhəmiyyətli bir təsir göstərəcəyini vurğulayıb.

Beynəlxalq Diabet Federasiyasının məlumatlarlna görə, ötən il dünyada 463 milyon yetkin insan diabet xəstəsi kimi qeydiyyatda olub. Bu rəqəmin 2045-ci ildə 700 milyona çatacağı gözlənilir.

# 679
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  hamamda qızla oğlanın meyiti tapıldı

Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı

18 aprel 2024 , 11:35
Polis saxta pulla  özünə maşın aldı

Polis saxta pulla özünə maşın aldı

18 aprel 2024 , 11:13
Azərbaycanda şirkət rəhbərlərinə cinayət işi AÇILDI

Azərbaycanda şirkət rəhbərlərinə cinayət işi AÇILDI

18 aprel 2024 , 11:10
Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

18 aprel 2024 , 10:55
Abşeronda evdən 16 minlik  OĞURLUQ

Abşeronda evdən 16 minlik OĞURLUQ

18 aprel 2024 , 10:51
Bu qızı görənlər polisə xəbər versin - FOTO

Bu qızı görənlər polisə xəbər versin - FOTO

18 aprel 2024 , 10:45
Bakıda FACİƏ:  kişi su quyusuna düşüb öldü

Bakıda FACİƏ: kişi su quyusuna düşüb öldü

18 aprel 2024 , 10:29
Astarada "avtoş" luq edən həbs olundu

Astarada "avtoş"luq edən həbs olundu

18 aprel 2024 , 10:20