Bakıda aptekdə əczaçıya qarşı soyğunçuluq törədilib.
APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınıb.
Naməlum şəxs əczaçını hədələyərək aptekdə olan 106 manat dəyərində məhsulu götürüb.
Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E. Nurməhəmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.