Anasını öldürən oğulun məhkəməsi başlayır
26 noyabr 2020 09:33 (UTC +04:00)

Anasını öldürən oğulun məhkəməsi başlayır

Qusarda anasını öldürən Nail Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işinin istintaqı baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim İradə Həsənzadə sədrlik edəcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Qusarın Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.   

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936
avatar

Mehman Nəbiyev

Oxşar yazılar