Polşanın ilk kosmonavtı Miroslav Qermaşevski sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Polşanın Qostininski rayonunda saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadl averdiyi xəbərə görə, ziqzaqlarla hərəkət edən avtomobil cinayət axtarış idarəsi polis əməkdaşlarının diqqətini çəkib. Onların çağırdığı yol polisləri sərxoş sürücünü saxlayıb.
Maşını Sovet İttifaqı Qəhrəmanı Miroslav Qermaşevski idarə edib. 80 yaşlı kosmonavtın orqanizmində 0,56 ppm spirt olub.
Qanun pozuntusunu rəsmiləşdirən polis Qermaşevskini evinə buraxıb. İndi onu cərimə, məhdudiyyət və ya iki ilə qədər həbs gözləyir.
Miroslav Qermaşevski Polşanın ilk və yeganə kosmonavtı kimi tanınır. 1978-ci ildə "Soyuz-30" kosmik gəmisi ilə "Salyut-6" orbital stansiyasına uçub.