78 yaşlı  “qanuni oğru”ya   hökm oxundu
21 iyun 2023 18:44 (UTC +04:00)

78 yaşlı “qanuni oğru”ya hökm oxundu

0

Moskva Vilayət Məhkəməsi kriminal aləmdə Suxumi klanından Apakela kimi tanınan 78 yaşlı “qanuni oğru” Boris Petrovu cinayət iyerarxiyasında ən yüksək vəzifə tutduğuna görə 8 il müddətinə azadlıqdan məhrum edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ilə təqsirli bilinib. Məhkum cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Məhkəmə müəyyən edib ki, 1965-ci ildə Petrov “qanuni oğru” statusu alıb. O, kriminal mühitdə xüsusi səlahiyyətə malik olub, oğruların yığıncaqlarında və kriminal təsir sahələrinin yenidən bölüşdürülməsində iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3821

Oxşar yazılar