762 nəfəri  öz evinə qeydiyyata saldı
10 mart 2023 13:23 (UTC +04:00)

762 nəfəri öz evinə qeydiyyata saldı

0

Saxalin vilayətinin sakini qanunsuz miqrasiyanın təşkilinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, vilayətin Aniva rayon sakininin öz mənzilində 762 xarici vətəndaşı qeydiyyata almasını aşkar ediblər. Bütün qeydiyyatlar isə 2019-2021-ci illər arasında aparılıb.

Yerli sakin öz mənzilinin “yeni kirayəçiləri”ni onlarla qondarma mülki və əmək müqavilələri bağlayaraq miqrasiya reyestrinə çıxarıb. O, bunu ödənişli edib.

Məhkəmə onu 1,5 il şərti cəzaya məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2321

Oxşar yazılar